Stilist Elnur Həsənov mədəniyyət naziri Adil Kərimli ilə fotosunu paylaşıb.
Stilist Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimində bir araya gəldiklərini bildirib.
Elnur həmin gecəyə qatılan sənət adamlarının saç və makiyajının ona həvalə edildiyini bildirib.
"MDB-nin mədəniyyət paytaxtı - 2025". Biz böyük qürur hissi ilə bu gün bu gözəl anları yaşayırıq! Doğma Laçın hər gün bir az da gözəlləşir. Mədəniyyətimizin inkişafına verdikləri dəstəyə görə hörmətli mədəniyyət naziri, cənab Adil Kərimliyə və əziz Mənzər xanıma dərin təşəkkürümüzü bildirirəm. Bu dəyərli görüş və səmimi anlar bizim üçün unudulmaz oldu" deyə, stilist paylaşımında yazıb.