Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevə donoslar yazdığı iddia edilən eks-səfir Elmira Axundovanın yaxın adamı hesab edilən Elnur İbrahimovun ölkədən çıxışına qadağa qoyulub.
News365.az bildirir ki, xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən İbrahimovun ölkədən çıxışına məhdudiyyət Nəsimi rayon Məhkəməsinin icra məmurunun təqdimatı əsasında tətbiq edilib.
Elnur İbrahimov bu qərardan apellyasiya şikayəti versə də, müraciəti təmin olunmayıb.
Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin sonradan vaxtından əvvəl azadlığa buraxılıb.