“Elə məsələlər var ki, dəfələrlə deməlisən“- Azər Qismət

“Elə məsələlər var ki, dəfələrlə deməlisən“-  Azər Qismət
19 Apr 2024 09:25

Əslində, hər bir insan kiməsə etirazını, düzgün iş görmədiyini, ya subyektiv fikrini bir dəfə deməlidir. Yalnız bir dəfə. Dəfələrlə demək lazım deyil. Bezdirər, acığa düşər, qıcıqlandırar. Bir dəfə ona görə deyirsən ki, qəlbin ağırlıqdan qurtulur, yüngülləşir. Əgər qarşı tərəf o bir deyimdən nəticə çıxaracaqsa, deməli işığı sönməyib. Çıxarmayacaqsa, deməli uçuruma gedişi artıq sənin səlahiyyətində deyil. Təbii ki, kimin deməsindən də çox şey asılıdır”.

 News365.az  xəbər verir ki, bu fikirləri yazıçı-publisist Azər Qismət deyib. O əlavə edib ki, lakin elə məsələlər var ki, dəfələrlə deməlisən:

“Bu elə məsələ olur ki, söhbət iki nəfərin aralığından çıxır, bəşəri xarakter daşıyır. Lap Robert Oppenheymer kimi. Həmin 46-cı ildə o, prezident Trumenə atom bombasının insanlığa faciə bəxš edəcəyini deyir. Təklif edir ki, bombanı dənizə ataq, Yaponiyadan 30 kilometr aralı. Necə partladığını görüb qorxacaqlar, bununla da imperator təslimçilik aktına imza atacaq.

Trumen onu kabinetindən qovur. Bomba Yaponiyaya atılır.

Oppenheymer təkcə öz günahını yumağa çalışmadı, bu, insanlığın qara siyahısına düşmək vahiməsi də deyildi. O, qəlbini ağırlıqdan çıxarmağın yolunu 1 dəfə deməkdə görmüşdü”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər