Dünya miqyasında məşhur mobil oyunlardan biri olan “Call of Duty Mobile”in gəlirləri 3 milyard dolları ötüb.
News365.az xəbər verir ki, oyun istifadəçilər arasında yüksək populyarlıq qazanmaqla yanaşı, mobil oyun bazasında rekord səviyyəyə çatmış gəlirləri ilə diqqət çəkir.
Ekspertlər bildirirlər ki, bu göstərici oyun sənayesində həm oyun dizaynı, həm də marketinq strategiyalarının nə qədər təsirli olduğunu göstərir. Gəlirlərin böyük hissəsinin oyun içi alış-verişlərdən əldə olunduğu bildirilir.