Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi
07 Yan 2025 11:18

Baş nazirin köməkçisi Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

News365.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Bu gün Ə.Əhmədzadə 80 illik yubileyini qeyd edir.​

Qeyd edək ki, Ə.Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədridir. O, 2006–2021-ci illərdə bu vəzifəni icra edib. Ə.Əhmədzadə 2021-ci ildə Baş nazirin müşaviri, 2024-cü ildə isə Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.


Sizin reklam burada
Sizin reklam burada