Ədliyyə Nazirliyində yüksək vəzifəyə - Təyinat

Ədliyyə Nazirliyində yüksək vəzifəyə - Təyinat
23 İyl 2025 17:18

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.

News365.az-ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun Əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.


Sizin reklam burada
Sizin reklam burada