“Ədalət Şükürov harada məni görürdü, pul verirdi”

“Ədalət Şükürov harada məni görürdü, pul verirdi”
23 İyl 2025 13:40

“Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və əlimə 300 manat pul qoyurdu. Söhbət efirdən getmir. Sözün düzü, mən də pulu götürürdüm. Yeganə adamdır ki, Ədalət Şükürovdan götürmüşəm”.

News365.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər “Həmin Zaur” verilişində deyib.

O bildirib ki, Ədalətdən pul götürdüyü üçün özünü pis hiss edib: “Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir? Yəqin elə bilir ki, kasıbam, çox pis vəziyyətdəyəm. Bir gün haradasa oturmuşduq. Ədalət məni yanına çağırdı. Əlini də cibinə salmışdı. Dedim ki, çox xahiş edirəm, mənə daha pul verməyin. Soruşdu ki, “Niyə?” Cavab verdim ki, özümü çox pis, diskomfort hiss edirəm”.


Sizin reklam burada
Sizin reklam burada