Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası yaxınlığında parkinq edilmiş avtomobildə meyit aşkarlanıb.
News365.az xəbər verir ki, həmin şəxsin intihar etdiyi ehtimal edilir.
Yayılan məlumatlara əsasən, o, DTX-nın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin əməkdaşı olub və avtomobilində odlu silahla özünü öldürüb.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.
Gürcüstanın Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb. Qurumdan bildirilib ki, hadisə yerinə baxış zamanı odlu silah və yan oturacaqda aşkarlanmış məktub müsadirə edilib./APA