DSX-nin 18 yaşlı əsgəri son mənzilə yola salındı

DSX-nin 18 yaşlı əsgəri son mənzilə yola salındı
09 İyn 2025 16:02

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2007-ci il təvəllüdlü Rasim Raməddin oğlu Həsənli dəfn olunub.

News365.az xəbər verir ki, mərhum doğulduğu Biləsuvarın Xırmandalı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Rasim Raməddin oğlu Həsənli dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. 


Sizin reklam burada
Sizin reklam burada