Dr. Asif Kurban: “Paşinyanın qələbəsi regionda yeni gözləntilər yaradır”

Dr. Asif Kurban: “Paşinyanın qələbəsi regionda yeni gözləntilər yaradır”
07 İyn 2026 21:30

Ermənistanda keçirilən seçkilərin yenidən Nikol Paşinyanın qələbəsi ilə nəticələnməsi Türkiyə və Azərbaycan baxımından mövcud proseslərin davamlılığı kontekstində məntiqli bir nəticə kimi qiymətləndirilə bilər. Lakin əsas məqam seçkilərdən sonra atılacaq addımlardır.

Bu sözləri Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri, iqtisad elmləri doktoru Asif Kurban bildirib.

O qeyd edib ki, Paşinyanın qarşısında həllini gözləyən mühüm məsələlər var: Zəngəzur dəhlizinin reallaşdırılması, konstitusiya dəyişiklikləri, Azərbaycanla yekun sülh sazişinin imzalanması və Türkiyə ilə normallaşma prosesinin irəlilədilməsi.

“Bundan sonrakı mərhələdə bəyanatlardan daha çox konkret addımlar həlledici olacaq. Arzumuz odur ki, zəruri addımlar atılsın və Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlıq təmin edilsin”, – deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada