Ankarada fəaliyyət göstərən bir əyləncə məkanı 7 yaşlı daun sindromlu uşağı oyun sahəsinə buraxmadığı üçün cərimələnib.
News365.az xəbər verir ki, valideynlərin sözlərinə görə, müəssisə uşağı “digər uşaqlara zərər verə biləcəyi və ya özü zərər görə biləcəyi” bəhanəsi ilə içəri qəbul etməyib.
Hadisədən sonra məsələ rəsmi qurumlara bildirilib. Aparılan araşdırma nəticəsində obyektin ayrı-seçkilik yaratdığı qənaətinə gəlinib və müəssisəyə 204 min 285 TL məbləğində cərimə kəsilib.
Sosial mediada geniş müzakirələrə səbəb olan hadisə uşaq hüquqları və xüsusi qayğıya ehtiyacı olan şəxslərə münasibət mövzusunda ciddi narahatlıq yaradıb.
News365.az videonu təqdim edir: