Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uşaqları təbrik edir və təhlükəsizliyə çağırır.
Bu barədə BDYPİ məlumat yayıb:
"1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsi bütün azyaşlıları təbrik edir, onlara sağlam və təhükəsiz gələcək arzulayır.
Uşaqların yol hərəkəti mühitində təhlükəsizliyi təkcə texniki vasitələrlə deyil, həm də cəmiyyətin diqqəti və məsuliyyəti ilə təmin olunur. Valideynlərin nəzarəti, sürücülərin ehtiyatlılığı və böyüklərin nümunəvi davranışı uşaqlar üçün daha təhlükəsiz bir mühit yaradır. Bu gün biz təkcə uşaqları sevdiyimizi yox, həm də onları qorumağa hazır olduğumuzu göstərməliyik. Çünki uşaqlar bizim gələcəyimiz deyil, həm də bu günümüzün ən saf dəyəridir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün uşaqları səmimi qəlbdən təbrik edir, hər birinə qayğı, sevgi və təhlükəsizlik dolu bir ömür arzulayır".