Rusiyada “Telegram” messencerinin bloklanacağı ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirilib. Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski bu iddiaların əsassız olduğunu deyib.
News365.az TASS-a istinadla xəbər verir ki, deputat qeyd edib: “Telegram”ın bloklanması ilə bağlı hər hansı qərar və ya plan barədə yalnız bu sahədə səlahiyyətli qurum olan “Roskomnadzor” məlumat verə bilər. Onun sözlərinə görə, hazırda belə bir rəsmi qərar mövcud deyil.
Boyarski həmçinin mediada bu mövzunun məqsədli şəkildə qabardılmasını düzgün yanaşma hesab etmədiyini vurğulayıb və cəmiyyətdə süni gərginlik yaradılmasının yolverilməz olduğunu bildirib.
News365.az