Səlahiyyətlərinin icrasının ilk saatlarında Donalt Tramp “Ölüm cəzasının bərpası və ictimai təhlükəsizliyin qorunması”-na dair sənəd imzalayıb.
Bu qərar ABŞ-da ölüm cəzasını yenidən aktuallaşdırır. Sərəncama əsasən, ən ağır cinayətlər törədən şəxslərə qarşı ölüm hökmünün tətbiqi prioritet sayılcaq, xüsusilə də hüquq-mühafizə orqanı əməkdaşlarını öldürənlər və ya ölkəyə qanunsuz daxil olan əcnəbilərin törətdiyi ağır cinayətlərə qarşı ölüm hökmü tələbi irəli sürüləcək. Qərarda qeyd edilir ki, ölüm cəzası ABŞ Konstitusiyasına zidd deyil.D. Tramp hesab edir ki, ölüm cəzasının tətbiqinə qarşı çıxan siyasətçilər və bəzi hakimlər şəxsi inanc və dəyərlərini qanunun tələblərindən üstün tutur və bununla da Ali sənədin ruhuna və qanunlara zidd addım atmış olurlar.
Sənədə əsasən ABŞ-ın Baş prokuroru bütün mövcud federal qanunlarda ölüm cəzasının tələb oluna biləcəyi hallarda mütləq bu cəzanı istəyəcək.Eyni zamanda federal hökumət öldürmək üçün ineksiyanın tərkib hissəsi olan dərmanların təminatında ştatlara kömək edəcək. Prezident Trampın bu Sərəncamı, Bayden administrasiyasının ölüm cəzasından uzaqlaşmaistiqamətindəki siyasətini kökündən dəyişir.
D.Trampın terror, separatizm və təhdidlər sahəsində baxışları Azərbaycanında bu sahədə arqumentlərini gücləndirir və dəstəkləyir.