Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı və bu ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov prezident Vladimir Zelenskini ukraynalıların etibar reytinqində üstüələyiblər. Bu barədə NV məlumat yayıb. Nəşr "Socis" tədqiqat şirkətinin məlumatına istinad edib.
Sorğu 2024-cü il dekabrın 5-dən dekabrın 11-dək CATI (Computer Assisted Telephone Interview) metodu ilə aparılıb. Burada yaşı 18-dən yuxarı olan 2000 nəfər iştirak edib.
Zalujnı Ukrayna vətəndaşlarının demək olar ki, 72%-nin etimadını qazanıb (34,9%-i “İnanıram”, daha 36,7%-i “Mən ona daha çox güvənirəm” variantını seçib), Budanova respondentlərin 46,7%-i (17,3% və 29,4%), Zelenskiyə inananlar isıə 40,8% olub (16,2 və 24,6%).
Eyni zamanda, Ukrayna sakinlərinin 23,7 faizi Zalujnıya, 42,7 faizi Budanova, 56 faizi isə Zelenskiyə etibar etmədiyini açıqlayıb.
Tural