Dini nikahdan necə boşanmaq olar?

Dini nikahdan necə  boşanmaq olar?
18 Dek 2023 19:01

Rəsmi Nikaha daxil olduqdan sonra Dini nikaha da icazə verilir. Bəs boşanma zamanı hansı prosedurlar icra edilir. Kəbin necə ləğv olunmalıdır?

News365.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirir ki, əgər boşanmaq üçün əsaslı səbəb varsa nikahın geri oxunması və ya kişinin talağ verməsi ilə nikah ləğv olunmuş sayılır. Talağ isə islam dinində qarşı tərəfə 3 dəfə boşandım dedikdə icra edilmiş sayılır. Tərəflər razılaşıblarsa nikah geri oxunur. Nikah qurularkən məclis qurulurdusa, ayrılarkən də Allah hüzurunda da nikah pozulur.”


Sizin reklam burada
Sizin reklam burada