"Hava zərbələri İrana ciddi zərər vurmayıb" - Deputat

"Hava zərbələri İrana ciddi zərər vurmayıb" - Deputat
11:42

"Hava zərbələri İrana ciddi zərər vurmayıb, konstruktiv əməkdaşlıq şansı qorunur"

Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, son 12 gündə həyata keçirilən hava zərbələri gözlənildiyi qədər sərt olmayıb və İrana qarşı daha çox konstruktiv əməkdaşlığa məcbur etmə elementləri üstünlük təşkil edib.

Deputat qeyd edib ki, zərbələr əsasən İranın nüvə obyektlərinə yönəlib və infrastruktura dəyən zərər məhdud olduğundan, İranın nüvə proqramının fəaliyyətinin dayandırılması uzunmüddətli olmayacaq. Onun sözlərinə görə, İranın nüvə proqramı bir neçə ay və ya ən çox bir ilə qədər yenidən işə düşə bilər.

Azər Allahverənov həmçinin vurğulayıb ki, infrastrukturun tam dağıdılmaması İrana masa arxasında danışıqlara qayıtmaq imkanı yaradır və bu da prosesin müsbət tərəfidir.


Sizin reklam burada
Sizin reklam burada