Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırır

Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırır
05 İyl 2025 22:00

Rusiya Cənubi Qafqaz ölkələrinə qarşı hərbi-siyasi təzyiqləri artırmaq məqsədilə Ermənistandakı Gümrü hərbi bazasının gücləndirilməsi prosesini sürətləndirib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatı məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, bu addımlar Kremlin qlobal təhlükəsizliyə qarşı yönəlmiş strategiyasının bir hissəsidir:

“Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmaqla yanaşı, Qafqazda millətlərarası qarşıdurmanı qızışdırmağa çalışır. Eyni zamanda, Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi də bu ssenarinin bir hissəsi ola bilər”.


Sizin reklam burada
Sizin reklam burada