“Bavariya”nın futbolçusu Camal Musialanın ayağı sınıb

“Bavariya”nın futbolçusu Camal Musialanın ayağı sınıb
05 İyl 2025 21:45

“Bavariya” klubu ciddi itki ilə üzləşib.

News365.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı futbolçusu Camal Musiala sıradan çıxıb.

22 yaşlı yarımmüdafiəçi FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə zədələnib.

Almaniya millisinin üzvü matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırıb. Musiala meydanı xüsusi xərək vasitəsilə tərk edib.


Sizin reklam burada
Sizin reklam burada