"Mançester Yunayted" 18 yaşlı futbolçunu heyətinə qatıb

"Mançester Yunayted" 18 yaşlı futbolçunu heyətinə qatıb
05 İyl 2025 23:00

İngiltərənin "Mançester Yunayted" klubu yeni futbolçu transfer edib.

News365.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Paraqvayın "Serro Parteno" komandasından 18 yaşlı sol cinah müdafiəçisi Dieqo Leonu heyətinə qatıb.

Qeyd edək ki, gənc oyunçu ötən ilin yayında əsas komandaya cəlb edilib. O, bu müddət ərzində bütün turnirlərdə 33 matçda 4 qola imza atıb.


Sizin reklam burada
Sizin reklam burada