İmad Faraj karyerasını "Neftçi"də davam etdirəcək

İmad Faraj karyerasını "Neftçi"də davam etdirəcək
05 İyl 2025 23:15

"Neftçi" yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.

News365.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu "AEK Larnaka" ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.


Sizin reklam burada
Sizin reklam burada