DİN: Silah-sursat aşkarlanıb

DİN: Silah-sursat aşkarlanıb
10:52

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

News365.az xəbər verir ki, İyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında keçirdikləri tədbirlər zamanı 1 ədəd avtomat silahı, 1 tapança, 8 qumbara, 6 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 294 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada