Deputat Lenin heykəlini sökənlərə manqurt dedi

Deputat Lenin heykəlini sökənlərə manqurt dedi
07 İyn 2025 12:43

Qırğızıstan parlamentarisi İsxak Masaliev özünün Facebook səhifəsində Vladimir Leninin Oş şəhərindəki abidəsinin sökülməsini tənqid edib. Onun sözlərinə görə, abidə sakinlərin razılığı olmadan gizli şəkildə sökülüb.

O, bu cür hərəkətləri cəhalət və “manqurtizm”in təzahürü adlandırıb( yazıçı Çingiz Aytmatovun tarixini, kökünü unudan insanı təsvir etmək üçün təqdim etdiyi termin-red.).

Masaliev sosial şəbəkədəki səhifəsində Bişkekdəki Turdakun Usubəliyev meydanında hələ də mövcud olan Lenin abidəsinin fotosunu da yerləşdirib. O, abidənin paytaxtda qaldığını, Oşda isə gecə saatlarında şəhər sakinlərinin fikrini soruşmadan götürüldüyünü vurğulayıb. Deputat belə hesab edir ki, bununla da xalqın tarixi yaddaşını əlindən almağa, sovet dövrünün nailiyyətlərini gözdən salmağa çalışırlar.

Tural


Sizin reklam burada
Sizin reklam burada