Dəməşqdə naməlum şəxslər İtaliya səfirliyinin binasını qarət ediblər.
News365.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, bir qrup şəxs səfirliyin binasından əşyaları çıxarıb və diplomatik nömrəli üç avtomobili qaçırıb.
Şahidlərin sözlərinə görə, Dəməşqin hökumət məhəlləsində xarici nümayəndəliklərə məxsus daha bir neçə bina qarət edilib.