Dəhşətli vulkan püskürməsi 30 min insana təhlükə yaratdı - VİDEO

Dəhşətli vulkan püskürməsi 30 min insana təhlükə yaratdı - VİDEO
11 Mar 2025 12:17

Qvatemalada Fueqo vulkanının püskürməsi ilə əlaqədar 300-ə yaxın ailə (təxminən min nəfər) təxliyə edilib. CONRED Milli Fəlakət Riskinin Azaldılması Xidmətinin yaydığı məlumata görə, təxminən 30,000 insanın risk altında olacağı gözlənilir.


Vulkan bazar günündən bazar ertəsinə keçən gecə püskürmə mərhələsinə daxil olub. Hazırda lava axınları zəifdən orta səviyyəyə qədər qiymətləndirilir. Xilasedicilər güclü külün səpələnməsi təhlükəsi barədə xəbərdarlıq edirlər. Yerli ekspertlərin fikrincə, cari püskürmə 5 min kvadrat kilometrdən çox əraziyə təsir göstərə bilər.


Tural


Sizin reklam burada
Sizin reklam burada