Prezident İlham Əliyev: “İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər”
Azərbaycanda həyata keçirilən iqtisadi
islahatlar effektiv nəticəsini verib. Xüsusən investisiya siyasətinin müsbət
irəliləyişi müşahidə olunmaqdadır. Artıq ölkəmiz investisiyalara ehtiyacı olan
ölkədən investisiya yatırmaq imkanlarına malik olan dövlətə çevrilib.
Ümumiyyətlə, ölkənin yatırım qoymaq imkanlarının genişlənməsi iqtisadi
inkişafın əsas göstəricilərindən biridir. Hazırda Azərbaycanda milli
investisiyalar əhəmiyyətli yer tutur. Bu da Azərbaycanın inkişafının nə
dərəcədə sürətlə getməsindən xəbər verir. Eyni zamanda, Azərbaycan özünün
ayrı-ayrı ölkələrdə investisiya yatırmaq imkanlarını da artırıb. Bununla
Azərbaycan iqtisadi cəhətdən də cəlbedici ölkə çevrilib. Prezident İlham Əliyev
7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə keçən il Azərbaycan iqtisadiyyatının inkişaf
etdiyini bildirib: “İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər
salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır.
Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son
vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar,
göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı
sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili
məhsula mənfi təsir göstərməyəcək”. Azərbaycan sosial bazar iqtisadiyyatı
modelini qəbul edib. Bu, ölkənin iqtisadiyyatının daha sərbəst və daha
rəqabətcil olmasını təmin edir. Konstitusiyada özəl mülkiyyətin qorunması,
sərbəst bazar iqtisadiyyatı və iqtisadi fəaliyyətin inkişafı mövcuddur.
Həmçinin, dövlətin iqtisadiyyatın müxtəlif sahələrinə müdaxilə etmə mexanizmləri
müəyyənləşdirilmişdir.
Azərbaycanda
bazar iqtisadiyyatı və islahatlar, ölkənin iqtisadi inkişafında mühüm rol
oynamışdır. Bazar iqtisadiyyatı, bazar qüvvələrinin sərbəst fəaliyyətini və
iqtisadi resursların daha səmərəli bölüşdürülməsini təmin edir. Bu sistem,
istehsal, ticarət və investisiya sahələrində rəqabəti artıraraq iqtisadiyyatı
canlandırır.
İslahatlar,
xüsusilə yenidən müstəqillik əldə edildikdən sonra, ölkənin iqtisadiyyatının
diversifikasiyası, xarici investisiyaların cəlbi və özəl sektorun inkişafı üçün
vacibdir. Məsələn, neft sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft
sektoru, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyalar artırılıb.
Eyni
zamanda, makroiqtisadi sabitliyin təmin edilməsi, qanunvericilik bazasının modernləşdirilməsi
və müasir iqtisadi mexanizmlərin tətbiqi, iş mühitinin yaxşılaşmasına və
iqtisadi artımın davamlı olmasına kömək edir.
Ümumilikdə,
Azərbaycanda bazar iqtisadiyyatı və islahatlar, iqtisadi inkişafın əsas
mühərriklərindən biri olmuşdur. Bu proses, müstəqil və dayanıqlı bir
iqtisadiyyatın formalaşmasına yönəlmişdir.
Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar,
iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynamışdır. Cənab Prezident
müsahibədə uzun illər aparılan islahatların nəticələrinə də toxunub: “Bu
göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan
iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların
cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz
beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində
müsbət dəyişiklik görürük. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz
iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və
gələn illərdə bu dinamika saxlanılacaq”. Neft sektoruna olan asılılığın
azaldılması məqsədilə qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və
informasiya texnologiyaları sahələrinə yatırımlar artırılmışdır. Bu yanaşma,
iqtisadiyyatın daha dayanıqlı olmasına və müxtəlif sahələrdə inkişafın
təşviqinə imkan tanımışdır. İnvestisiya mühitinin yaxşılaşdırılması
istiqamətində cənab İlham Əliyev tərəfindən islahatlar aparılmışdır. Belə ki,
xarici və yerli investisiyaların cəlb edilməsi üçün müxtəlif qanunvericilik və
iqtisadi mühitin yaxşılaşdırılması istiqamətində islahatlar həyata keçirmişdir.
Bu, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və yeni iş yerlərinin
açılmasına kömək etmişdir. Həmçinin nəqliyyat, enerji və sosial
infrastrukturların inkişafı üçün iri layihələr həyata keçirilmişdir. Məsələn,
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu, ölkənin
strateji mövqeyini gücləndirmiş və ticarət imkanlarını genişləndirmişdir.
Ölkədə
makroiqtisadi sabitlik yatradılmışdır. İqtisadi islahatlar, inflyasiyanın
nəzarət altına alınması, büdcə balansının qorunması və valyuta mübadiləsinin
stabilləşdirilməsi kimi makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına
yönəlmişdir. Bu, investorların etimadını artırmışdır. Eyni zamanda idarəetmə
sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə islahatları, iqtisadiyyatın səmərəliliyini artırmışdır.
İqtisadi
inkişafın sosial tərəfi də nəzərə alınmışdır. Sosial müdafiə proqramları,
işsizliyin azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində
müvafiq addımlar atılmışdır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan
vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar: “Bu il yanvarın birindən
minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat
artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük
sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan
ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə
deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha
yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə
etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz
az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey
cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət
prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu
sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd
sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox
vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək.
İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum
əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim
diqqət göstərəcəyik”. Bazar iqtisadiyyatının inkişafı ilə yanaşı, sosial
məsələlərin də nəzərə alınması, əhalinin rifahının yüksəldilməsi, işsizliyin
azaldılması və sosial ədalətin təmin olunması üçün mühüm addımlardır.
Bu
islahatlar, Azərbaycanda iqtisadi inkişafın sürətlənməsinə və ölkənin regionda
iqtisadi mərkəzə çevrilməsinə yardımçı olmuşdur. Eyni zamanda, islahatların
davamlı olması və müasir çağırışlara uyğunlaşması, gələcək inkişaf üçün
vacibdir.
Səyavuş Qasımov