Daşkəsəndə silah-sursat aşkarlandı

Daşkəsəndə silah-sursat aşkarlandı
15 Mar 2025 16:22

Daşkəsən Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.     

News365.az xəbər verir ki, həmin ünvandan avtomat, daraq və 228 ədəd patron aşkarlanıb. Maddi sübutlar ekspertizaya təqdim olunub. 

Bundan başqa polis əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində 5 ədəd müvafiq sənədləri olmayan ov silahı könüllü polisə təhvil verilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada