Evi yararsız hala düşən ailəyə çadır quruldu - VİDEO

Evi yararsız hala düşən ailəyə çadır quruldu - VİDEO
07 May 2025 18:15

Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.


Nazirlikdən news365.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada