Daha bir Xalq artistinin ölüm xəbəri YAYILDI - FOTO

Daha bir Xalq artistinin ölüm xəbəri YAYILDI - FOTO
01 Avq 2025 11:32

Xalq artisti Bilal Əliyevin ölüm xəbəri yayılıb.

News365.az xəbər verir ki, müğənni özü barəsində yayılan xəbərə aydınlıq gətirib.

"Ayda azı 2-3 dəfə mənim haqqımda sosial şəbəkələrdə "Bilal Əliyev öldü yazırlar". Mən Allahdan özümə və məni sevənlərə uzun ömür, cansağlığı, xoşbəxt həyat və bol ruzi arzu edirəm.

Yaradana yalvarıram ki, kafirlər üzərində qələbə çalmağı nəsib etsin. Özüm barədə isə həmişə haqq-ədalət, düzgün yola çəkilməyimi arzulayıram. Bundan gözəli yoxdur".


Sizin reklam burada
Sizin reklam burada