Daha bir erməni həyasızlığı

Daha bir erməni həyasızlığı
06 İyn 2025 13:37

Xəbər verdiyimiz kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünikdən olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.  Ermənistan dövlətinin rəsmi qaydada vətəndaşların azmasını bəyan etməsinə baxmayaraq, revanşist və radikallar məsələni fərqli istiqamətə daşımağa çalışırlar. Məsələn, "Mamul" nəşri yazıb ki, guya hər iki ermənini sərhədçilərimiz girov götürüblər.

Sayt “Milli İdarəçilik Sistemi” ictimai təşkilatının prezidenti Artur Qriqoryanın sərsəm iddialarına istinad edib. Qriqoryan deyib: “25.06.05 tarixində, gecə, təxminən saat 00:00-dan 01:00 radələrində iki erməni gənc Aravus kəndi istiqamətində atlarını tapıb geri qaytarmağa çalışıblar. Axtarış zamanı düşmən onları görüb və tutaraq maşına oturdub. Gənclər naməlum istiqamətə aparılıblar". Qriqoryanın uydurduğu ssenaridən belə anlaşılır ki, o özü də həmin vaxt ərazidə olub...

Tural


Sizin reklam burada
Sizin reklam burada