Daha bir boksçumuz beynəlxalq turnirin finalına çıxdı

Daha bir boksçumuz beynəlxalq turnirin finalına çıxdı
15:29

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. 

 Azərbaycan millisinin daha bir idmançısı finala vəsiqə qazanıb.
 

Bilalhəbaşi Nəzərov (51 kq) Andrei Turbureanu (Rumıniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəzərov finalda ukraynalı Maksim Maşevski (Ukrayna) ilə qarşılaşacaq. Abbasqulu Şadlinski (75 kq) isə bürünc medalla kifayətlənib. O, 1/4 finalda biləyindən zədələndiyi üçün Halil Sami (Bolqarıstan) ilə görüşə çıxmayıb.


Beləliklə, Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. 4 təmsilçimiz isə turniri bürünc medalla bitirib.

Qeyd edək ki, “Drakula Open”də final qarşılaşmaları bu gün keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada