Güclü qar Gürcüstanda ciddi problemlər yaratdı

Güclü qar Gürcüstanda ciddi problemlər yaratdı
20:15

Gürcüstan ərazisində yağan güclü qar və çovğun ciddi problemlər yaradıb.


News365.az xəbər verir ki, güclü qar səbəbindən "Gürcüstan Dəmir Yolları" bir neçə istiqamətə qatar reyslərini təxirə salıb.


Bu gün və sabah Tbilisi-Ozurqeti, Batumi-Ozurgeti, Rioni-Kutaisi-Rioni istiqamətlərində qatarların hərəkəti dayandırılıb.


Bundan əlavə, ölkənin digər bölgələrində də problemlər yaranıb. Bəzi bölgələrə elektrik enerjisinin və təbii qazın verilməsi dayanıb.


Ölkənin müvafiq qurumları əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək şəxsi avtomobillərlə səyahətə çıxmamağı, Qara dəniz sahillərinə yanaşmamağı xahiş edib.


Qara dənizdə 5-6 ballıq qasırğa barədə xəbərdarlıq olunub.



Sizin reklam burada
Sizin reklam burada