Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən TASS yayıb.
Bununla belə, onun hansı səbəbdən saxlanılması qeyd olunmayıb.
***
“Kommersant” isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən, dövlət katibinin qanunsuz özəlləşdirmə ilə bağlı başladılan cinayət işinin istintaqı çərçivəsində saxlanıldığını yazıb.
Bildirilib ki, Maqomedovla yanaşı, onun bir çox iş həmkarı və qohumları da saxlanılıb.
“Bu gün səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın dövlət katibi ilə əlaqəli 50-dən çox ünvanda axtarış əməliyyatı həyata keçirib”, - deyə məlumatda qeyd olunub.