“Cütlük terapiyası nədir? “- Psixoloq Vüsalə Əmiraslanova

“Cütlük terapiyası nədir? “-  Psixoloq  Vüsalə Əmiraslanova
25 Apr 2024 10:55

"Cütlük terapiyası nədir? "

Bununla bağlı News365.az-a psixoloq Vüsalə Əmiraslanova danışıb. 

"Problemlərimizin öhdəsindən tək gələ bilmədiyimiz zaman başqalarının dəstəyinə ehtiyacımız ola bilər. Xüsusən də partnyorumuzla problemimiz varsa, içində olduğumuz vəziyyət bizdən kənara çıxa və ancaq iki insanın birlikdə həll edə biləcəyi bir üsula çevrilə bilər Bununla belə, münasibətdə olmaq problemdəki payımızı dərk etməyi və partnyorumuzla birlikdə işləməyi tələb etdiyinə görə, sıx emosiyalar içində olduğumuz zaman özümüzü məcbur edə və problemin həlli məsuliyyətini bir-birimizin üzərinə ata bilərik"

"Cütlük terapiyasında ilk öncə ilkin diaqnostik görüşlər olur. Bəzən görürsən cütlüklər heç cür yola getmirlər seansda. Biz də təbii ki, onlar dava etsinlər deyə oturmamışıq ki, o bir söz desin, bu bir söz desin. Belə olanda biz məcburən onları ayırırıq, sonra yenidən birləşdiririk. Bəzən elə test edirik, ikisini üzləşdiririk. Maraqlı üzləşmə olur. Bir-birinin müsbıt tərəflərini tərifləyirlər. Kiçik bir epizod deyim: cütlük terapiyasında mənim ən çox xoşuma gələn odur ki, ailəni qurtarmağa, yaranacaq evliliyi uzunömürlü olması üçün gəlirlər. Valideyn olaraqda formalaşırlar. Elə pasientlərim olur ki, özləri mənə deyirlər ki, sizin yanınıza gəlmişik bizi testlərdən keçirəsiniz. özləri bunu mənə təklif edir. Bu mox yaxşı bir haldır"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər