Çinli alimlər içərisinə xüsusi bakteriyalar yerləşdirdikləri plastiklər hazırlayıblar.
News365.az xəbər verir ki, həmin genetikası dəyişdirilmiş"Bacillus subtilis" adlı bakteriyalar "Lipaz BC" adlı plastiki parçalaya bilir.
"Kompost" adlı təbii həll olma üsulu ilə torpağa qoyulan plastik 25-30 gün ərzində tamamilə yox olur. Laboratoriya şəraitində isə bu müddəti 6-7 günə qədər aşağı salmaq mümkündür.