"Çin və Avropa ittifaqı eyni cəbhədə birləşir"- Politoloqdan şərh

"Çin və Avropa ittifaqı eyni cəbhədə birləşir"- Politoloqdan şərh
14 Apr 2025 12:53

"Əməkdaşlıq Trampın birinci hakimiyyəti dövründə də gündəmdə idi. Bu zaman Avropa İttifaqının da öz maraqları var idi. Lakin hər iki tərəfin əsas hədəfi daim Amerika olub."

Politoloq Asif Nərimanlı bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Avropa İttifaqı Amerikanın təsirindən qurtulmaq və qlobal miqyasda güc mərkəzi kimi tanınmaq məqsədilə Çini əsas tərəfdaş kimi görür. Bu tərəfdaşlıq ilk olaraq iqtisadi sahədə başlasa da, iqtisadi əməkdaşlığın inkişafı gələcəkdə siyasi münasibətlərin də dərinləşməsinə zəmin yarada bilər.

Tərəflər arasında növbəti danışıqlarda Çində istehsal olunan müxtəlif malların qiymətlərinin müəyyənləşdirilməsi və onlara tətbiq edilən rüsumların ləğvi imkanları üzrə kompromislər müzakirə ediləcək. Qərb mediası yazır ki, Avropa İttifaqı aparıcı Çin istehsalçılarından təkcə elektromobillərin yığılmaması və zavodların tikilməməsi deyil, həm də bütöv sənaye zonalarının yaradılmasını tələb edib. Onlar texnologiyaların ötürülməsində də maneələrin olmamasını istəyirlər.

Beləliklə, Pekin təşkilatı ilə ticarət, investisiya və sənaye əməkdaşlığı daha da dərinləşir.


Sizin reklam burada
Sizin reklam burada