Çin İrana hərbi dəstək verir: Yaxın Şərq ABŞ və Pekinin "döyüş meydanı"na çevrilir

Çin İrana hərbi dəstək verir: Yaxın Şərq ABŞ və Pekinin "döyüş meydanı"na çevrilir
09:10

ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlamağa hazırlaşır. İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqtona son səfəri zamanı ABŞ Prezidenti Donald Trampı Tehrana qarşı daha sərt adekvat addımlar atmağa inandıra bildiyi vurğulanır. Maraqlıdır ki, səfər öncəsi İsrail kəşfiyyatı dövriyyəyə "İranla bağlı ciddi məsələlər müzakirə edilməyəcək" informasiyasını buraxsa da, pərdəarxası danışıqların tam fərqli müstəvidə keçdiyi ortaya çıxıb.

Məsələni şərhləyən politoloq Məhəmməd Əsədullazadə News365.az-a açıqlamasında baş verən proseslərin regional və qlobal miqyaslı nəticələrindən danışıb.


Politoloq bildirib ki, Netanyahunun Vaşinqton səfəri proseslərin gedişatını dəyişib:

“ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlayacaq. İsrailin baş naziri B. Netanyahu Vaşinqtona səfər edərək, D. Trampa Tehrana qarşı daha da sərt hərbi əməliyyatlara inandıra bildi. B. Netanyahunun ABŞ səfərində "Iranla bağlı ciddi məsələlər müzakirə edilməyəcək"-kimi İsrail kəşfiyyatı belə bir informasiya dövriyyəyə buraxmışdı”.

M. Əsədullazadə Pekinin də prosesə müdaxilə etdiyini və hərbi logistika dəstəyi verdiyini diqqətə çatdırıb:

“Qeyd edim ki, Çin İrana radar sistemləri, daşına bilən zenit raketləri və digər havadan müdafiə sistemləri göndərir. Ötən gün İranın Ali Dinin rəhbərinin müşaviri və sərt xəttin əsas fiquru Yəhya Səfəvi Pakistanda Çinin müdafiə naziri və digər yüksək çinli rəsmilərlə görüşüb. Çin İrana hərbi lojistika dəstəyi verməklə, ABŞ strateji böhrana yuvarlamağı planlaşdırır. Bir növ İran, ABŞ və Çin arasında "döyüş pladsarmı" olacaq”.

Ekspert Tehranın tutduğu mövqeyə və gözlənilən təhlükələrə toxunaraq fikrini belə yekunlaşdırıb:

“İran da geri çəkilmir və körfəz ölkələrinin infrastrukturu Tehran tərəfindən hərbi hədəf olacaq. Bir neçə gün davam edən Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermədi. İran ABŞ -la uzun müddətli müharibəyə hazır deyil. İran hərbi rəhbərliyi strateji səhvə gedir”.


Sizin reklam burada
Sizin reklam burada