Ceyhun Bayramov Saidovla nələrdən danışdı...

Ceyhun Bayramov Saidovla nələrdən danışdı...
14:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub. 

Bu barədə News365.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəli vəziyyət, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.


Sizin reklam burada
Sizin reklam burada