Marmara dənizinin 24,6 kilometr açığında, Silivri yaxınlığında 3,5 bal gücündə zəlzələ baş verib.
News365.az xəbər verir ki, zəlzələ saat 13:36-da qeydə alınıb, yerin 9,91 kilometr dərinliyində baş verdiyi bildirilib.
Yeraltı təkanlar İstanbulun Böyükçəkməcə, Esenyurt, Silivri, Kağıthane kimi rayonlarında hiss olunub.
Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 3,7 bal, dərinliyini isə 11,7 kilometr olaraq açıqlayıb.
News365.az