“Rusiyanın Cənubi Qafqazdakı təsir qüvvəsi zəifləyir” - Cavanşir Feyziyev

“Rusiyanın Cənubi Qafqazdakı təsir qüvvəsi zəifləyir” - Cavanşir Feyziyev
31 İyl 2025 16:15

Rusiyanın nüvə silahları ilə apardığı müharibənin yaxın zamanda başa çatacağına dair ümid yoxdur. Hazırkı proseslər göstərir ki, bu münaqişə ən yaxşı halda yalnız müvəqqəti dondurula bilər, lakin bu da Rusiyanın digər bölgələrə təzyiq imkanlarını artırmır.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev News365.az-a açıqlamasında səsləndirib.

Deputatın sözlərinə görə, dondurulmuş münaqişələr belə daim yenidən alovlanma riski daşıyır və Rusiya buna hazır olmalıdır:

"Yeni münaqişə tamamilə başa çatmasa da, sadəcə dondurulsa belə, bu, Rusiyanı arxayınlaşdıra bilməz. Çünki hər an yenidən başlayacaq ehtimalı var."

Cavanşir Feyziyev bildirib ki, Cənubi Qafqazda mövcud olan reallıqlar dəyişməkdədir və bu dəyişikliklər artıq həm beynəlxalq ictimaiyyət, həm də Ermənistan tərəfindən qəbul edilməyə başlanıb:

"Bu reallıqlar fonunda bölgədə sülhə yönəlmək və Rusiya təsirindən uzaqlaşmaq Cənubi Qafqaz ölkələrinin ortaq marağındadır."

Deputat qeyd edib ki, Rusiya daxilində bəzi millətçi çevrələr bir neçə istiqamətdə – Azərbaycan, Qazaxıstan və Ukraynaya qarşı eyni vaxtda hərbi ritorika sərgiləyir:

"Rusiya daxilində 'patriot' adlandırılan, əslində isə millətçi qruplar bir neçə cəbhədə müharibə aparmaqdan danışırlar. Lakin bu sadəcə ritorikadır. Çünki reallıqda Rusiya artıq dörd ildir Ukraynada müharibə aparır və hələ də Donetsk vilayətində belə tam nəzarətə nail ola bilməyib."

Feyziyev vurğulayıb ki, belə bir durumda Rusiyanın ikinci və ya üçüncü cəbhədə hərbi təzyiq göstərməsi real görünmür:

"Mövcud şəraitdə Rusiyanın hərbi güclə başqa ölkələrə təzyiq göstərməsi nə praktik, nə də strateji baxımdan mümkündür."

News365.az


Sizin reklam burada
Sizin reklam burada