“Qarabağ” UEFA reytinqində irəliləyib

“Qarabağ” UEFA reytinqində irəliləyib
31 İyl 2025 22:45

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.

News365.az  xəbər verir ki, bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə hər iki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkün olub.

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raunda vəsiqə qazanıb.

Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində 4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25 mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.

Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəki qələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən 28-ci pilləyə yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada