Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikan səfəri zamanı Roma Papası XIV Leonun ümumi audiyensiyasında iştirak edib və onunla görüşüb.
News365.az xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında paylaşıb.
“Rəsmi səfərim çərçivəsində Papa XIV Leonun ümumi audiyensiyasında iştirak etdim və görüşməkdən şərəf duydum.
Azərbaycan və Müqəddəs Taxt arasında möhkəm münasibətlər mövcuddur və bu əlaqələr dinlərarası dialoqun dəstəklənməsi, multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.
İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə təşkil edir və bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir, - paylaşımda qeyd olunub.