Cənubi Koreyada təyyarə qəzaya uğradı

Cənubi Koreyada təyyarə qəzaya uğradı
29 May 2025 11:47

Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, iki nəfər həlak olub.

News365.az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.

Təyyarədə ümumilikdə dörd nəfər olub. Hazırda xüsusi xidmət orqanları iki meyiti aşkar edə biliblər.

***

Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağda qəzaya uğrayıb", - agentlik bildirib.

Təyyarədə olan dörd nəfərin taleyi barədə heç nə məlum deyil.

Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.


Sizin reklam burada
Sizin reklam burada