Çeçenistanda Putinin adına rayon yaradılır

Çeçenistanda Putinin adına rayon yaradılır
17 Apr 2024 11:17

Çeçenistanın paytaxtı Qroznıda Rusiya prezidentinin şərəfinə Putinski adlı rayon yaradılacaq.News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd olunur ki, Putinin şərəfinə yaradılan rayon artıq mövcud olan Şeyx-Mansurovski rayonun ərazisində qurulacaq.

Şəhər meriyası iddia edib ki, aprelin əvvəlində qapı-qapı gəzərək sakinləri bu barədə məlumatlandırıb, sorğu keçiriblər. Hər kəs rayonun adının dəyişdirilməsini dəstəkləyib: "34 705 sakin yeni adın lehinə olub, 200 nəfər isə öz variantını səsləndirib".

Şəhər şurası keçirilən sorğunu leqal sayıb və yeni bir rayonun yaradılması haqqında qanunun qəbul edilməsi üçün vilayət parlamentinə xüsusi materiallar göndərib.

Xatırladaq ki, Çeçenistan lideri Ramzan Kadırov yanvar ayında oğlunu Mariupola “mer” vəzifəsinə layiq görmüşdü.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər