Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
21:00

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın qısa zaman zamanda tam söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, Bu gün saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisimdən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində tibbi xidmət göstərilib.


Sizin reklam burada
Sizin reklam burada