Çamaşırxana işçiləri mumyalanmış körpə cəsədi tapdılar

Çamaşırxana işçiləri mumyalanmış körpə cəsədi tapdılar
30 May 2025 13:55

ABŞ-də dəhşətli hadisə baş verib. Luiziana ştatında  camaşırxana işçiləri təmizləmək üçün aldıqları camaşırların arasından şok edici bir şey tapıblar. Dallasdan (Texas) gələn əşyalar arasında mumiyalanmış körpə cəsədi də olub. Bu barədə NBC News xəbər yayıb.


"Mayın 27-də Şivport şəhərindən olan "Alsco Uniforms" şirkətinin işçiləri polislə əlaqə saxlayıblar. Onlar deyiblər ki, əşyaların çatdırılması zamanı yeni doğulmuş uşağın cəsədinin bükülmüş olduğu mələfəyə rast gəliblər.

Polis araşdırma aparıb və yataq dəstinin Dallasdakı dəfn evindən gəldiyini müəyyən edib. Kimyəvi təmizləyicilər tərəfindən tapılan körpə isə mayın 3-də dünyasını dəyişib. Onun dəfn mərasimi mayın 17-nə təyin edilmişdi. Bundan əvvəl cəsədin yandırılması nəzərdə tutulub, lakin bunun əvəzində o, kətan paltar və yataq dsətləri yükü ilə birlikdə Şivporta gedib.

Əməliyyatçılardan biri bildirib ki, uşağın cəsədi balzamlanıb və kəskin formaldehid iyi gəlib. Hüquq-mühafizə orqanları hadisənin dəfn evinin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini ehtimal edir.

Tural


Sizin reklam burada
Sizin reklam burada