Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq
17 Fev 2026 23:43

Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən News365.az-a bildirilib ki, qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Qeyd olunub ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.


Sizin reklam burada
Sizin reklam burada