Bu şəhərdə tətbiq ediləcək qadağa hər kəsi təəccübləndirdi

Bu şəhərdə tətbiq ediləcək qadağa hər kəsi təəccübləndirdi
25 Apr 2024 08:46

Bir çox insanlar yatmadan öncə yemək yeyirlər. Təbii ki, bu da orqanizmidə müəyyən fəsadlar yaradır. Gecəyarısı yemək və digər qidalar qəbul edən insanlar kökəlməyə meyilli olur.Hətta onların mədə-bağırsaqlarında müəyyən problemlər yaranır.

Həkimlərin bütün xəbərdarlıqlarına baxmayaraq bir çox insanlar bu vərdişlərindən əl çəkmir. Bundan əlavə gecə saatlarında qidalanmaya meyilli insanlar ictimai asayişi də pozur. Ona görə də bəzi dövlətlərdə bu problemin çözümü üçün inzibati yollara əl atılır. Məsələn, İtaliyanın Milan şəhərində  gecə saatlarında sifarişlə ərzaq satışını qadağan edən qanun qəbul etməyi planlaşdırırlar. Məhdudiyyətlər xüsusilə pizza, dondurma və bəzi digər yeməklərə şamil olunacaq. Bu məlumatlara görə, qanunun məqsədi Milanın küçələrində, xüsusən də gecə saatlarında səs-küylü dolaşan vətəndaşlara qarşı mübarizə olacaq.

News365.az İtaliya KİV-lərinə istinadən xəbər verir ki,  qadağa may ayından noyabr ayına kimi həftə içi saat 00:30-dan, istirahət günləri isə saat 01:30-dan başlayaraq qüvvədə olacaq. Qeyd edək ki, 2013-cü ildə hakimiyyət orqanları artıq belə bir məhdudiyyət tətbiq etməyə çalışsalar da, dondurma satıcılarının və dondurmaçıların şikayətindən sonra qərar ləğv edilib.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər