“Bu, Moskvaya müharibə elanıdır” - Alman siyasətçi

“Bu, Moskvaya müharibə elanıdır” - Alman siyasətçi
29 May 2025 09:32

Almaniyanın Sahra Vaqenknext İttifaqı-ədalət üçün (BSW)  partiyasının lideri Sara Vaqenknext Ukrayna lideri Vladimir Zelenskinin Berlinə səfərini kəskin şəkildə tənqid edib. Tanınmış müxalif siyasətçi  Berlin və Kiyev arasında əldə olunan razılaşmaları “münaqişənin möhkəmlənməsi” prosesi adlandırıb. Onun sözlərini Rheinische Post nəşri sitat gətirib.

"Bu, müharibəni gücləndirən silahlarla bağlı görüş idi... Görüş onu göstərir ki, Merz və Zelenski hətta ciddi danışıqlar aparmaq istəmirlər. Daha çox silah, daha çox sanksiyalar, heç bir kompromisin olmaması: bu, Putini danışıqlar masasına oturmağa məcbur etməlidirmi?", – siyasətçi soruşub.

Onun sözlərinə görə, əgər Zelenski "eyni ruhda davam etsə", Ukrayna məhv olacaq və Almaniya kansleri Fridrix Merz buna görə məsuliyyət daşıyacaq. Vaqenknext həmçinin Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli “Taurus” raketlərinin verilməsini “Moskvaya müharibə elanı” adlandırıb.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz Ukrayna lideri Vladimir Zelenski ilə Berlində görüşüb. Yerli medi yazıb ki, Merz Zelenskinin Berlinə səfəri zamanı Kiyevə yeni döyüş sistemləri ötürmək planlarını açıqlaya bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada