“ Bu ilk demarkasiya işidir ki, razılaşdırıldı“- İlham İsmayıl

“ Bu ilk demarkasiya işidir ki, razılaşdırıldı“-  İlham İsmayıl
20 Apr 2024 09:37

"Qazaxın 4 kəndinin qaytarılması, 2020-ci il 27 sentyabrdan başlanan Azərbaycan zəfərinin çox uğurlu davamıdır". 

Hərbi ekspert İlham İsmayıl bunu News365.az-a açıqlamasında deyib. 

"Bu həm hərbi qələbədir, həm diplomatik qələbədir, siyasi-iqtisadi qələbədir. Biz nəinki, Azərbaycan Ermənistan bütövlükdə Cənubi Qafqaza sülh gətiririk. 1000 kilometr quru sərhədimiz var. Bu ilk demarkasiya işidir ki, razılaşdırıldı. Bu razılaşdırılma qeyri-eksklav və qeyri-anklav kəndləri arasındadır. Bu prosessə gəlib çatmaq çox mürəkkəb oldu.  Bu mürəkkəbliyi təbii ki, biz yaratmırdıq, bizim haqlı hüquqa əsaslanan tələblərimiz idi. Bu məsələnin demarkasiya işlərini, Tavuş bölgəsindən başlamağı xüsusi olaraq Azərbaycan tərəfdən vurğulanmışdır. 

Hərbi ekspert həmçinin qeyd edib ki, Rusiya Çar dövründən bu kəndlər işğal altındadır:

"Bu kəndlər bizim müstəqilliyimizi heç yaşamadılar, işğal olundular, müstəqilliyimiz elan olunanda işğal oldular. Rusiya Çar dövrünə gələndə bu kəndlər 1804-cu ildən işğal altındadır. İndi gözümüz aydın olsun, xüsilə o kəndin sakinlərinin gözü aydın olsun ki, nəhayət ki, öz doğma yurdlarına qayıdacaqlar"- deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər